Mingəçevirdə həbs edilən şəxs qolu və boğazını kəsdi

2022-05-07 14:29:00

Mingəçevirdə həbs edilən şəxs qolu və boğazını kəsdi

Mingəçevir şəhərində həbs edilmiş şəxs özünə xəsarətlər yetirib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində baş verib.

Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilmiş 29 yaşlı Səttar Fərzanlı özünə kəsici əşya ilə xəsarətlər yetirib.

Məhkəmənin qərarına etiraz edən şəxs kafel qırığı ilə qoluna və boğazına xəsarətlər yetirib. Dərhal idarəyə tibbi yardım briqadası dəvət edilib və ona tibbi yardım göstərilib.

Araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya