Mingəçevir Şəhər Xəstəxanasında niyə həkim TAPMAQ olmur? – Tibb müəssisəsi səbəbi AÇIQLADI

2022-09-12 14:03:00

Mingəçevir Şəhər Xəstəxanasında niyə həkim TAPMAQ olmur? – Tibb müəssisəsi səbəbi AÇIQLADI

Region xəstəxanalarında həkim çatışmazlığı ciddi problem olaraq qalır. Ekspertlər bu problemin səbəbini maaşın aşağı olması ilə əlaqəlındirirlər. Bu üzdən gənc mütəxəssislər rayonlara getmək istəmir.  

Son günlər Mingəçevir Şəhər Xəstəxanasında həkim çatışmazlığı olduğu barədə narazılıqlar var. Xüsusilə əməliyyat və digər problemlərlə bağlı müraciət edənlər ya Gəncə Şəhər Xəstəxanasına, ya da Bakıdakı tibb müəssisələrinə göndərilir.

Şikayətçilər deyir ki, günortadan sonra Mingəçevir Şəhər Xəstəxanasında həkim tapmaq mümkün deyil. Xəstəyə vaxtında yardım göstərilməsi üçün ixtisaslı kadr olmadığından ağır xəstələrin Bakıya gətirilməsinə ehtiyac yaranır. 

Məsələ ilə bağlı sözügedən xəstəxanadan Bizim.Media-nın sorğsna cavab olaraq kadr çatışmazlığının olmadığı bildirilib: 

 

“Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında vətəndaşlara zəruri tibbi xidmət göstərən həkim-ümumi cərrahların sayı kifayət qədərdir və bütün ümumi cərrahi əməliyyatlar həyata keçirilir.

Xəstəxanada hazırda iki həkim-otorinolorinqoloq fəaliyyət göstərir. Həkimə müraciət sayı çox olduğundan vətəndaşlara tibbi xidmətin qısa müddətdə göstərilməsi üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər müəssisələrə göndəriş verilir”.

Xəstəxanadan o da qeyd olunub ki, hazırda tibb müəssisəsində həkim-travmatoloq-ortoped yoxdur:

“Bu səbəbdən bütün travmatoloji əməliyyatlar üçün TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslı dövlət tibb müəssisələrinə və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş verilir”.

Bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.103894