Milyonlarla ukraynalı qaçqın Polşaya keçib
2023-01-11 18:53:00

Hurriyyet.az xəbər verir ki, müharibə başlanandan 10 yanvar 2023-cü il tarixinə qədər Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 9 milyon nəfəri keçib. Polşanı tərk edən ukraynalıların sayı isə 7 milyon 250 min nəfər olub.
Polşa Sərhəd Xidmətinin “Tvitter” hesabındakı paylaşmada Ukrayna-Rusiya müharibəsinin başlanmasından bəri böyük qaçqın axınının yarandığı bildirilir.
Təkcə dünən 29 900 nəfər adamın Ukraynadan Polşaya daxil olduğu bildirilən yazıda deyilir: “Müharibə başlanandan bəri Ukraynadan Polşaya keçən insan sayı 9 milyon 74 min nəfər oldu”.
Verilən məlumata görə, ukraynalıların 7 milyon 250 min nəfəri Polşanı tərk edib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya