Saat:19:48
Haqqımızda

Milyonlarla insan aclıq çəkir – BMT həyəcan təbili çalır

2022-01-17 13:35:00

Milyonlarla insan aclıq çəkir – BMT həyəcan təbili çalır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT Yəməndə milyonlarla qaçqının aclıqla qarşılaşdığını bildirib. Yəməndəki qaçqınların yarıdan çoxu – 4 milyona yaxın insan ərzaq məhsullarının qıtlığından əziyyət çəkir. Bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sosial hesablarında verilib. Bu ayın əvvəlində BMT maliyyə çatışmazlığı səbəbindən Yəmənə humanitar yardım proqramlarının bir qisminin dayandırıldığını, bir qisminin isə məhdudlarşdırıldığını bəyan eləmişdi.

Yəməndə 2014-cü ildən bəzi silahlı münaqişə davam edir. Bir tərəfdə İran tərəfindən dəstəklənən qiyamçı “Ənsərullah” (husilər) hərəkatı və Yəmənin devrilmiş Prezidenti Əli Abdulla Salehin tərəfdarları, digər tərəfdə isə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Prezident Əbdülrəbb Mənsur Hadiyə tabe olan hökumət qüvvələri mübarizə aparırlar. Münaqişə səbəbindən Yəmənin 3 milyon nəfərə qədər əhalisi məcburi köçkünə çevrilib. Dünyada ən ağıq humanitar və iqtisadi böhranlardan birinə məruz qalmış Yəməndə əhalinin böyük əksəriyyəti yardıma möhtac vəziyyətdədir.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR