Milyonlar xərclənən asma piyada keçidlərindən niyə İSTİFADƏ EDİLMİR? – Çıxış YOLU

2022-06-03 17:14:00

Milyonlar xərclənən asma piyada keçidlərindən niyə İSTİFADƏ EDİLMİR? – Çıxış YOLU

Piyadalarımızın çoxu hələ də yol-hərəkət qaydalarına riayət etmir. Mərkəzi küçələrin çoxunda qəflətən avtomobilin qarşısına çıxan piyadaları görürük. Hansı ki, piyada keçidindən keçməmək üçün müxtəlif bəhanələr gətirirlər. Xüsusilə sürətli yollarda quraşdırılan asma piyada keçidlərindən istifadədə problemlər var. Piyadaların çoxu bu keçidlərdən istifadə etməməyi özlərini təhlükəli yola atmalarından üstün tuturlar.

Əksəriyyəti qaydalardan xəbərsiz olduqlarını dilə gətirir, bəzisi belinin ağrıdığını deyir, bəzisi ərazidə piyada keçidinin olmasından xəbərsiz olduğunu, yaxud keçiddəki eskalatorun işləməməsini əsas gətirir, digəri isə tələsdiyini bəhanə edərək özlərinə haqq qazandırmağa çalışırlar.

Daha çox yaşlı insanların asma piyada keçidindən istifadəsində problemlər yaşanır. Yaşlı piyadalar həddindən artıq hündür və pilləsi çox olan keçidlərə çıxa bilmədiklərindən şikayətlənirlər. Ekspertlər müəyyən qədər onların bu məsələdə haqlı olduğunu bildirirlər. 

Acınacaqlı hal isə odur ki, qəza vəziyyəti yaratdığına görə piyadaya cinayət məsuliyyəti nəzərdə tutulmur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə həqiqətən də asma piyada keçidləri yaşlı insanlar üçün problem yaradır:

“Xüsusən müəyyən xəstəliyi və təzyiqi olan yaşlı insanlar bu keçidlərdən istifadə edə bilmirlər. Təzyiqi olan insanın o keçidə qalxması, faktiki körpü rolunu oynayan piyada keçidini keçməsi və enməsi elə də asan məsələ deyil. Ona görə məcbur olaraq təhlükəli yolu burbaşa keçirlər. Təbii ki, onlara tövsiyyəmiz piyada keçidi olan yollardan istifadə etmələrini və sürətli yolda daha diqqətli olmalarını tövsiyyə edirik. Keçid və işıqfor olmayan yollardan keçməsinlər. Amma bununla belə biz vətəndaşlara bu şəraitləri yaratmalıyıq. Bu gün nə Bakıda, nə də ölkənin digər şəhərlərində piyadalrın sərbəst və rahat hərəkəti üçün lazımi infrastrukturu hazırlayıb, onların istifadəsinə verə bilməmişik”.

Ekspert həmçinin piyadaların çoxunda yol mədəniyyətinin olmadığını və bu məsələdə məsuiyyətsizliklərini də vurğulayıb:

“Deməzdim ki, insanlar mədəni deyil. Sadəcə yolda hərəkət etmək, yolu keçmək, avtomobil idarə etməklə bağlı biz qonşu ölkələrdən çox geri qalırıq. Az maariflənmişik. Azərbaycanda maariflənmə işi reklam-təbliat xarakteri daşıyır. Faktiki olaraq qaydanı pozan sürücü və ya piyada ilə əməli iş aparılmır. Cərimə etməklə biz bu, problemi həll edə bilmirik. Burada real maarifləndirmə işi aparılmalıdır və bunu peşəkarlar etməlidir. Təssüf ki, bunlar yoxdur”.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların yolları rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Prezidentin sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

2018-2019-cu illərdə Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidləri inşa edilərək istifadəyə verilib.

10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya