“Milyardlar xərcləyib obyekt tikəsən və onu saxlamaq üçün hər ay milyonlar xərcləyəsən. Hamısı havayı neft pullarının fəsadlarıdır” - Samir Əliyev

2022-11-22 23:38:00

“Milyardlar xərcləyib obyekt tikəsən və onu saxlamaq üçün hər ay milyonlar xərcləyəsən. Hamısı havayı neft pullarının fəsadlarıdır” - Samir Əliyev

 

Bəs, bu milyonlar hara gedir?

Hurriyyet.Az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Samir Əliyev çıxış edib. Ekspert qeyd edib ki, 2023-cü ildə dövlət büdcəsindən Şahdağ Turizm Mərkəzinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat ayrılacaq: “Məlumat üçün bildirim ki, 2007-2015-ci illərdə bu Kompleksin infrastrukturunun tikintisinə 1.1 milyard manat məbləğində vəsait xərclənib. Bundan başqa 2017-ci ildən başlayaraq adıçəkilən kompleksin xərclərinin bir hissəsinin örtülməsi üçün hər il təxminən 12 milyon manat ayrılır. 2023-cü il də daxil olmaqla bu məqsəd üçün indiyədək 90 milyon manat xərclənib”.
Qeyd edək ki, Şahdağ otelində bir gün gecələmənin aşağı qiyməti 125 manatdır.
Burda təkcə uşaqların kvadrotsikl turları (10 dəqiqə) 10 manatdır.
Bu təkcə bir-iki xidmət üzrə qiymətlərdir.

 

 

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.121693