Saat:19:51
Haqqımızda

Milyarder qızıyla nişanlanan Anar Nağılbaz haqda - Faktlar

2021-08-05 12:30:00

Milyarder qızıyla nişanlanan Anar Nağılbaz haqda - Faktlar

Bu gün mərhum repçi Anar Nağılbazın anım günüdür.

 Kulis.az  bu münasibətlə repçi haqqında maraqlı faktları təqdim edir.

1. Anar Nağılbaz 1974-ci il martın 28-də Bakıda anadan olub. Atası keçmiş millət vəkili olan Rizvan Cəbiyevdir.

Atası onu jurnalist kimi görmək istəsə də, o, ürəyinin istəyini dinləyib Mədəniyyət və İncəsənət Univeristetinin televiziya rejissorluğu fakültəsinə qəbul olur. Rizvan Cəbiyev heç vaxt oğlunun sənətini qəbul etməyib.

2. 1988-ci ildə hip-hopa maraq göstərən Anar Nağılbaz rep karyerasına 1990-cı ildə başlayıb. İlk dəfə Krımda Artek düşərgəsində rep deyib. Beləliklə Azərbaycanın ilk repçisi kimi tarixə düşüb.

3. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edən Anar həmin il Yaltada keçirilən beynəlxalq festivalın qalibi olub.

4. Çılğın gənclik həyatı yaşayan Anar bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Yaradıcılığa ilk dəfə nağıllarla başlayan repçi bu səbəblə özünə Nağılbaz təxəllüsünü götürüb. Özü bu təxəllüsü götürməsini belə izah edirdi: "Hər kəsə aşılamaq istəyirdim ki, hamı öz həyatının nağılının bazı olmalıdır. Həm də bir nağılçı kimi məişətdə, cəmiyyətdəki nağıllarımızı rep diliylə, şeir diliylə yaradırdım".

5. 90-cı illərdə "Kirpi" jurnalında, "Naxçıvan" qəzetində müxbir kimi fəaliyyət göstərən Anar Nağılbazın bir sıra universitet və mədəniyyət saraylarında tamaşaları səhnəyə qoyulub. Yazdığı "Meşə nağılı" tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırıb.

6. Konsertlərdən qazandığı gəlirlə "Bakı oğrusu" filmini çəkib. Bu onun Azərbaycan Dövlət və Mədəniyyət Universitetində televiziya rejissoru kimi diplom işi olub.

7. Şəxsi həyatı xeyli qarışıq münasibətlərlə yadda qalan repçi ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Amma bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub.

8. İlk oxu daşa dəyən repçi bir müddət sonra Anjelika adlı xanımla eşq yaşayır. Evlilik məqamına gəldikdə qızın ailəsi bu izdivaca razı olmur. Anjelikanın ailə üzvləri toy məclisində iştirak etmir. Cütlük qarşıda dayanan maneələrə baxmayaraq ailə qurmağa nail olsa da, bu ailəni ayaqda saxlamağı bacarmır. Anarın içkiyə qurşanması ailəni uçuruma aparır. Anjelika iki övladını götürüb Anarı tərk edir.

9. 2015- ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayıb.

2018-ci ildə vətənə qayıdan repçi internetdə Aytən adlı xanımla tanış olur. Xarici ölkədə işləyən xanım işdən icazə alaraq Bakıya Anarın ailəsi ilə tanış olmaq üçün gəlir. Mediadan gizlin ailə quran Anar Nağılbaz təntənəli toy mərasimi keçirməyib. Lakin xanım rəsmi nikahdan sonra Bakıdan getməli olub. Repçinin anası müsahibələrində Anarın ikinci həyat yoldaşının ağır xərçəng xəstəsi olduğunu qeyd edib.

10. Son günlər tez-tez maqazin xəbərlərinin gündəmi olan Anarın 2017-ci ildə internetdə porno videosu yayılmışdı.
Serrozdan əziyyət çəkən Anar Nağılbaz 2018-ci il avqustun 4-də daxili qanaxma nəticəsində dünyasını dəyişdi. Çoxu onun ölümünə həmin porno videonun səbəb olduğunu düşünür. Çünki repçi özü də mətbuat konfransı verərək bu haqda yüksək emosiya ilə danışmış, göz yaşlarını saxlaya bilməmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR