Saat:16:09
Haqqımızda

Milyarder Fərhad Əhmədovun soyuducu anbarı işləmədi, Göyçay sakinləri külli miqdarda zərərə düşdü – ŞİKAYƏTÇİLƏR DİREKTOR İKRAM VƏLİYEVDƏN PULLARINI TƏLƏB EDİR

2024-02-12 14:58:15

Milyarder Fərhad Əhmədovun soyuducu anbarı işləmədi, Göyçay sakinləri külli miqdarda zərərə düşdü – ŞİKAYƏTÇİLƏR DİREKTOR İKRAM VƏLİYEVDƏN PULLARINI TƏLƏB EDİR

Göyçay rayonunun Ləkçıplak kənd sakinləri Kərimov Afiq Ağamusa oğlu, Kərimov Orxan Əhəd oğlu və Xəlilov Şahid Ziyəddin oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər icra başçısının keçmiş müavinindən şikayətçidirlər:

“Göyçay Rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyev tərəfindən bizə dəymiş 34 000 manat ziyanı ala bilmirik. Hansı ki, İkram Vəliyev bizə 34 000 manat ziyan vurmasını təsdiq edən konkret subutlar var və hətta  bu faktı özü də etiraf edir. Ancaq bizə vurduğu ziyanı ödəmək istəmir.

Məlumat üçün bildirək ki, biz - 3 nəfər şərik 10 noyabr 2023-cü il tarixdə hər biri 12-13 kq olan 3880 yeşik xurmanı İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyducu anbara yığdıq. Razılaşmaya əsasən, 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8 000 manat ödədik. Dekabrın sonuna kimi meyvənin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq. Ancaq 3 yanvar 2024-cü il tarixdə bizə məlum oldu ki, 34 000 manat dəyərində meyvə xarab olmuşdur. Bu isə soyuducu anbarda baş vermiş nasazlığa görə baş vermişdir. Nəticədə bizə 34 000 manat ziyan dəymişdir.

İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir. Bunu da İsmayıllı Rayon Polis Şöbəsində işləyən oğlu Nicat Vəliyevə arxayın olaraq edir.

Biz həmin xurmanı sakinlərdən almışdıq ki, satıb, gəlir əldə edək, onların pulunu da ödəyək. İndi isə İkram Vəliyevin özbaşınalğına görə kənd sakinlərinə borclu qalmışıq. Pulu ödəyə bilmirik, hər gün evimizə borc sahibləri gəlir. Artıq həyatımızdan bezmişik.

Qeyd edək ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbar iş adamı milyader Fərhad Əhmədova məxsusdur. Fərhad Əhmədov icra başçısının keçmiş birinci müavini İkram Vəliyevi özünəməxsus balıq gölləri, fermer təsərrüfatı və soyducu anbara müdir vəzifəsinə təyin etmişdir.

İkram Vəliyev köhnə qaydada səhlənkarlıq və özbaşınalıqla işlədiyi üçün bizə 34 000 manat ziyan dəymişdir. Qeyd edək ki, İkram Vəliyev bizim yaşadğımız Ləkçıplak kəndində yaşayır.

Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb, çox-çox xahiş edirik ki, İsmayıllı Rayon Polis Şöbəsində işləyən zabit oğlu Nicat Vəliyevin vəzifə səlahiyətlərinə arxayın olub, bizə 34 000 manat ziyan vuran icra başçısının sabiq birinci müavini İkram Vəliyevin barəsində tədbir görüb, bizə vurduğu ziyanın ödənilməsinə göstəriş verəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR