“MilliÖn”, “E-manat” ödəmə terminalları komissiya tutacaq - RƏSMİ AÇIQLAMA
2024-09-20 11:46:09
'“MilliÖn”, “E-manat” kimi aparatlar sentyabr ayından ödədiyiniz kreditlərdən 1 faiz xidmət haqqı tutur'. Hurrıyyet.az xəbə verır kı, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələni aydınlaşdırmaq üçün “MilliÖn” Xidmət Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, nəzərdə tutulan komissiyanı ödəmə terminalı deyil, banklar tutur:
“Komissiya bank tərəfindən təyin olunur. Ödənişi edən zaman monitorun üzərində komissiyanın çıxılacağı barədə məlumat yazılır. “MilliÖn” tərəfindən komissiya təyin edilməyib".
Aynurə İSMAYIL
Hurriyyet.az