Millimizin sabiq üzvü Şahruddini tənqid edənləri təhqir etdi - FOTO

2022-08-25 20:39:00

Millimizin sabiq üzvü Şahruddini tənqid edənləri təhqir etdi - FOTO

Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab matçında (1:2, ilk oyun - 0:0) etdiyi səhvə görə tənqid edənləri təhqir edib.

Hurriyyet.az qol.az-a istinadən xəbər verir ki, O, bu barədə öz Feysbuk səhifəsində paylaşım edib. Ruslan yazıb:

“Dünən Şah-Şah qışqırırdınız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000101