Millimiz Yunanıstanı məğlub etdi
2023-03-03 22:56:00
.jpg)
Bu gün Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.
Yığmamız Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında oynanılan qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra millimiz elit-raunda vəsiqəni təmin edib.
Qeyd edək ki, 6-cı qrupda mübarizə aparan Azərbaycan millisi 9 xalla liderdir. 7 oyun keçirmiş Polşa 6 xala malikdir. Millimiz qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.
DÇ-2024, əsas mərhələ
20:00. Azərbaycan - Yunanıstan - 5:2
Qollar: Eduardo, 3 (1:0), Eni, 9-avtoqol (2:0), Rafael Vilela, 12 (3:0), Felipinyo, 21 (4:0), Ensi, 24 (4:1), Ntatisx, 27 (4:2), Amadeu Fernandes da Silva, 32 (5:2).\\Qafqazinfo
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya