Saat:04:23
Haqqımızda

Milli Məclisin deputatları Tailandda səfərdə olacaqlar

2024-04-20 11:40:08

Milli Məclisin deputatları Tailandda səfərdə olacaqlar

Milli Məclisin deputatları – Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Rauf Əliyev, Müşfiq Cəfərov “Tailand-Azərbaycan parlamentlərarası münasibətlərin gücləndirilməsi və Tailand-Azərbaycan ticarət imkanları 2024” layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün aprelin 21-də Tailandın paytaxtı Banqkok şəhərinə səfər edəcəklər.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir. 

Millət vəkilləri Tailand Parlamentinin üzvləri, digər qurumların təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək, iki ölkə arasında parlamentlərarası münasibətlərin  gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, turizm sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Səfər aprelin 27-də başa çatacaq.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.278650