Saat:12:25
Haqqımızda

Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar

2024-04-02 17:30:07

Milli Məclisin deputatları Rusiyada səfərdə olacaqlar

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Badamov və Mixail Zabelin aprelin 4-də Rusiya Federasiyasının Kalininqrad şəhərinə səfər edəcəklər.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.

Millət vəkilləri səfər çərçivəsində böyük filosof İmmanuel Kantın anadan olmasıın 300 illik yubileyinə həsr edilmiş “XXI əsrdə həqiqi sülhün və etibarlı təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif siyasi sistemlərə malik dövlətlərin dinc yanaşı yaşaması prinsiplərinin əhəmiyyəti haqqında” dəyirmi masada iştirak edəcəklər.

Səfər aprelin 6-da başa çatacaq.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190996