Milli Məclisin deputatı MDB PA-nın tədbirlərində iştirak edəcək
2024-04-01 16:46:19

Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü İqbal Məmmədov aprelin 2-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.
Millət vəkili səfər çərçivəsində MDB PA-nın Büdcə-nəzarət məsələləri komissiyasının iclasında iştirak edəcək, Assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, büdcənin formalaşdırılması və icrası ilə bağlı müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.
Səfər aprelin 5-də başa çatacaq.
Hurriyyet.az
