Saat:04:09
Haqqımızda

Milli Məclisdə İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

2024-05-02 18:23:08

Milli Məclisdə İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniya  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova mayın 1-də İspaniya Senatının Milli təhlükəsizlik və müdafiə komissiyası sədrinin müavini Jose Antonio Monago Terrazanın başçılıq etdiyi parlament nümayəndə heyəti  ilə görüşüb. Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.  

Görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığın və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi baxımından uğurlu olduğu bildirilib.

Söhbətdə Azərbaycanın əldə etdiyi uğurlar, regional təhlükəsizlik, Cənubi Qafqazda sülh prosesi, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, dünyada mövcud olan ikili standartlar barədə danışılıb.

Görüşdə Azərbaycanla İspaniya arasında əlaqələrin, əməkdaşlığın dərinləşdirilməsi, parlamentlərarası təmasların inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160747