Saat:03:44
Haqqımızda

Milli Məclisdə görüş baş tutub

2024-04-22 18:00:28

Milli Məclisdə görüş baş tutub

Aprelin 22-də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir. 

Azərbaycan-Gürcüstan dostluğunun qədim tarixə malik olduğunu deyən Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, xalqlarımız arasındakı bu dostluq parlamentlərimiz səviyyəsində də inkişaf etməkdədir.

Arzu Nağıyev ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafından  və parlamentlərimizin Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən danışaraq, bu təcrübənin parlamentlərin digər komitələri arasında tətbiqinin vacibliyni qeyd edib. O, bildirib ki, ölkələrimiz daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və biz 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq.

Söhbət zamanı Arzu Nağıyev parlamentlərarası dostluq qruplarının rolu, təhsil sahəsində əməkdaşlıq, ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən layihələr və digər mövzularda fikirlərini bölüşüb.

Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı səviyyəsindən məmnunluqla danışan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvili Azərbaycanın bütün suveren ərazisində keçirilmiş prezident seçkiləri münasibətilə təbriklərini çatdırıb.

Qonaq  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Orta Dəhliz layihələrinin ölkələrimiz üçün əhəmiyyətindən danışıb, Azərbaycanda keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşüb.

Söhbət zamanı  Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamilə Əliyeva, Məzahir Əfəndiyev, Cavid Osmanov, Naqif Həmzəyev, Kəmaləddin Qafarov və Gürcüstan parlament nümayəndə heyətinin üzvləri Qoça Enukidze, Gela Samxarauli, Behzan Tsakadze iki ölkə arasında münasibətlərin perspektivlərinə dair fikirlərini bildiriblər.

Görüşdə Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.283930