Milli Məclisdə Fransa kəskin tənqid olundu

2022-11-16 13:04:00

Milli Məclisdə Fransa kəskin tənqid olundu

Milli Məclisdə Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə kəskin etiraza səbəb olub.

Hurriyyet.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputatlar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib və bildirilib ki, Fransanın bu hərəkəti Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edir və beynəlxalq hüquqa ziddir.

Deputat Kamran Bayramov deyib ki, qətnamə kağız parçasıdır və heç bir hüquqi əsası yoxdur.

“Fransa bu addımı ilə riyakar simasını ortaya qoydu. Uzun müddət Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən Fransa bu mövqe ilə bir daha nə qədər ədalətsiz   olduğunu ortaya qoymuş oldu. Bu bölgədə sülhə və sabitliyə deyil, bölgədə gərginliyin davam etməsinə xidmət edir”- deputat qeyd edib.

Deputat eyni zamanda Fransa ilə münasibətlərə yenidən baxmaq lazımdır.

Deputat Tural Gəncəliyev deyib ki, Fransa Napaleonluq edəcəksə, o zaman qarşısında Valter Leo ilə qarşılaşacaq.

olke.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000494