Saat:04:04
Haqqımızda

Milli Məclisdə Belarus nümayəndə heyəti ilə görüş keçirilib

2024-05-01 17:50:39

Milli Məclisdə Belarus nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 1-də Milli Məclisin deputatı, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadənin Belarus Parlamentinin Təhsil, mədəniyyət və elm komissiyasının sədri İgor Marzaliukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Hurriyyet.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bu barədə xəbər verir. 

Söhbət zamanı Azərbaycanla Belarus arasında mövcud dostluq əlaqələrindən, müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Tərəflər ölkələrimiz arasında parlamentlər səviyyəsində əlaqələrin genişləndirilməsi, deputatların dostluq qrupları çərçivəsində, beynəlxalq parlament qurumlarında qarşılıqlı faydalı əməkdaşlığı ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkili qeyd olunub. Forumda səmərəli müzakirələrin keçirildiyini bildirilib. Regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərin önəmi vurğulanıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Görüşdə Milli Məclisin Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri –komitə sədri Tahir Mirkişili, deputatlar Azər Badamov, Rüfət Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000277