Saat:05:02
Haqqımızda

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

2024-04-19 12:59:03

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul etdi

Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin aprelin 19-da keçirilən iclasında müzakirə edilib. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib.

Hesabat ümumi məlumatlar, Strateji Planın icra vəziyyəti, fəaliyyət istiqamətləri və fəaliyyətin təşkili bölmələrindən, eləcə də, cari ildə qarşıda duran vəzifələrə dair məlumatdan ibarətdir.

2023-cü ildə Hesablama Palatasının Kollegiyası tərəfindən 41 audit və 4 analitik fəaliyyətin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Nəticələrinin rəsmiləşdirilməsi 2024-cü ilə keçirilmiş 1 analitik fəaliyyət istisna olmaqla, bütün tədbirlər başa çatdırılıb və Milli Məclisə məlumat verilib.

2023-cü ildə Hesablama Palatasının əsas nəzarət sahələri əhaliyə ödənilən sosial müavinət və təqaüdlər, tibbi sığorta xərcləri, fermerlərə göstərilən dövlət dəstəyi, sosial obyektlərin tikintisi və təmiri, hüquq-mühafizə sahəsinin ayrı-ayrı istiqamətləri, dövlət satınalmaları, dövlət rüsumlarının və vergilərin formalaşması vəziyyəti olub.

Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarə edilməsində ümumi nöqsan məbləği 1971,9 mln. manat müəyyən edilib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.256357