Milli komandamızdan dünya çempionatında parlaq qələbə - YENİLƏNİR, QOLLAR
(4).jpg)
Bakıda təşkil olunan munifutbol üzrə sayca 5-ci dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.
Milli Gimnastika Arenasında keçirilən yarışda gün ərzində 8 matç gerçəkləşib.
A qrupunda yer alan Azərbaycan yığması ikinci oyununu saat 20:45-də Sloveniya kollektivinə qarşı keçirib və 4:0 hesablı parlaq qələbə qazanıb.
Elşad Quliyevin yetirmələri mayın 21-də birinci turda Bəhreynlə qarşılaşmada sensasiyalı şəkildə xal itirmişdilər - 1:1.
1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk iki yerdən birini tutmaq lazımdır.
23 may
12:45 Mavritaniya- Bəhreyn 2:0
14:00 Fransa - Özbəkistan 3:3
15:15 İngiltərə - Macarıstan 1:1
16:30 Çad - Rumıniya 4:2
Son dünya çempionu Rumıniya yığması gözlənilmədən Çada məğlub olub
18:15 Bolqarıstan- Hindistan 5:0
19:30 Ukrayna - Türkiyə 1:3
"Ay-ulduzlular" yarışda birinci qələbələrini qazandılar, Ukrayna yığması isə ardıcıl 2 məğlubiyyətdən sonra qrupda qalacağı dəqiqləşən ilk kollektiv oldu
20:45 Sloveniya - AZƏRBAYCAN 0:4
Elvin Əlizadə 10; Mirmehdi Rzayev, 11; Xətai Bağırov, 25; Kamran Abdullazadə, 40
22:00 Portuqaliya- Slovakiya
A qrupu
O Q H M T X
1. Azərbaycan 2 1 1 0 5-1 4
2. Mavritaniya 2 1 1 0 3-1 4
3. Sloveniya 2 0 1 1 1-5 1
4. Bəhreyn 2 0 1 1 1-3 1
B qrupu
1. Fransa 2 1 1 0 4-3 4
2. Çad 2 1 0 1 4-3 3
3. Rumıniya 2 1 0 1 4-5 3
4. Özbəkistan 2 0 1 1 4-5 1
C qrupu
1. İngiltərə 2 1 1 0 5-1 4
2. Türkiyə 2 1 1 0 4-2 4
3. Macarıstan 2 0 2 0 2-2 2
4. Ukrayna 2 0 0 2 1-7 0
D qrupu
1. Slovakiya 1 1 0 0 15-0 3
2. Portuqaliya 1 1 1 0 3-1 3
3. Bolqarıstan 2 1 0 1 6-3 3
4. Hindistan 2 0 0 2 0-20 0
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Onu da əlavə edək ki, bundan öncə keçirilən dünya çempionatlarında ABŞ (2015-ci il), Çexiya (2017-ci il), Meksika (2019-cu il) və Rumıniya (2023-cü il) yığmaları qızıl medallara layiq görülüblər. Milli komandamız ilk cəhddə dünya çempionatında 4-cü yeri tutub.
Offsideplus.az
