"Milli iqtisadiyyatlar formalaşmaqda olan yeni sistemə hazırlıqlı olmalıdırlar" - ZAUR MƏMMƏDOV

2023-01-13 10:41:00

"Görünən odur ki, qlobal güclər müharibədən sonra beynəlxalq siyasətdə və iqtisadiyyatda yeni format gətirməkdədirlər"

"Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun cavabları ilə tanış oldum. Ümumi olaraq, sorğunun cavabları onu göstərir ki, bu hadisəni daha çox Rusiya-Ukrayna arasında davam etməkdə olan müharibə və qlobal qiymət artımı ilə bağlayırlar. Hərçənd, bəzi digər amillərin təhlili (gömrük, şəbəkələrin sahibkarlara təsirləri) ümumi işin (Misal üçün, dərman qiymətləri və dərmanların keyfiyyəti və digər daxildə istehsal olmayan sahələr) müsbət məcrada inkişafına töhfə verə bilərdi". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloqun sözlərinə görə, mövcud vəziyyət sürətlə davam edəcək və bütün dünyada bu tendensiyanın yaranmasının səbəbləri var: "Görünən odur ki, qlobal güclər müharibədən sonra beynəlxalq siyasətdə və iqtisadiyyatda yeni format gətirməkdədirlər. Milli iqtisadiyyatlar isə formalaşmaqda olan yeni sistemə hazırlıqlı olmalıdırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141213