Saat:20:01
Haqqımızda

Milli barışıq və əsl vətənpərvərlik dövlətimizin qorunmasının qarantıdır

2022-12-04 21:31:00

Milli barışıq və əsl vətənpərvərlik dövlətimizin qorunmasının qarantıdır

Cəmiyyət, Dövlət və İmperiya anlayışı haqqında qısa izahat ...

Cəmiyyət - İnsanların birliyini əhatə edən , onların siyasi, iqtisadi, sosial və mədəni həyatını özündə əks etdirən qeyri-dövlət strukturudur.

O , ( Cəmiyyət ) maddi həyatın, canlı təbiətin bir hissəsi olan -- insanların fəaliyyət forması olan sosial orqanizmdir .

Dövlət - konkret ərazidə bir millət və ya millətlər ittifaqının təşkil etdiyi Cəmiyyəti idarə edən suyasi maşındır ( apparatdlr ).

İmperiya - bir mərkəzdən idarə edilən Böyük ( çoxmillətli ) dövlətdir .

Mahiyyətinə görə özündə Güclü bir Dövlətin ( nillətin ) başqa dövlətlər ( millətlər və xalqlar ) üzərində heğomonluğunu ehtiva edir .

Hazırda Böyük Britaniya , Amerika , Rusiya və Çin dünyanın ən böyük - güclü imperyalarıdır .

Bütün bü reallıqlara baxmayaraq , təkzibedilməz həqiqətdir ki : min illərlə davam edən və DÖVLƏTÇİLİK ƏNƏNƏSİNƏ SÖYKƏNƏN TÜRK XALQLARININ TARİXİ bu nəhəng imperiyaları və bir çox dövlətləri idarə edənləri həmişə qorxudub .

Türk xalqlarının

oyanışı və öz dövlətlərini yenidən qurmaq cəhdləri onların yuxusunu qaçırır .

Məlumdur ki , son zamanlar Türk Dövlətləri bir - biri ilə əlaqələri intensivləşdirərək ğüclənməyə başlayıb .

Məhz bu amilin -- perespektivinin qarşısını almaq üçün antitürk dövlətlər bizə qarşı açıq və gizli basqılarını günü - gündən artırırlar .

Bütün bu təzyiqlərə baxmayaraq Azərbaycan prezidenti İ . Əliyev böyük - kiçikliyindən asılı olmayaraq , Xalqımızın Mövqeyini ölkəmizə təcavüzkar niyyətlə yanaşan Dövlət başçılarının üzünə açıq - aşkar və cəsarətlə bildirdi .

Fikrimcə : Prezidentin Dövlətimizin müstəqilliyini qorumaq əzmini siyasi mövqeyindən asılı olmayaraq hər bir siyasi partiya , hər bir vətəndaş və özünü azərbaycanlı hesab edən hər kəs dəstəkləməlidir .

Doğrudur : ölkəmizdə höküməti idarə edən bir çox məmurun yaramaz fəaliyyəti , özbaşınalığı , korrupsiya hərəkətləri xalqın sosial durumunu çətinləşdirib . Günü gündən artan bahalıq əhalinin yaşayış vəziyyətini ağırlaşdırıb . Müşahidələr ğöstərir ki : bir çox hallarda xarici düşmən qüvvələr tərəfindən idarə olunan və şərti olaraq " BEŞİNCİ KALON " adlandlrılan qüvvələr ölkə içində belə neqativ vəziyyəti bilərəkdən və qəsdlə yaradırlar .

Çünki " ONLAR " ölkə daxilində gərginliyin artmasında maraqlıdırlar . Məqsədləri Dövlətimizi və xalqımızı xarici ağalarından asılı vəziyyətə salmaqdır .

Çox təsüf ki , bəzi siyasi partiya rəhbərləri və onların yalanlarına inananlar da hələ çoxdur .

- ölkə daxilində və xaricində fəaliyyət göstərən bəzi jurnalistlər , bloğerlər : saxta yollarla siyasi sığınacaq almış mühacirlər ğecə - gündüz düşmən dəyirmanına su tökürlər .

Düşünürəm ki : Belə həssas məqamda xalq və iqtidar bir cəbhədən çıxış etməlidir . Siyasi mövqeyindən , sosial statusundan asılı olmayaraq hər kəs bu həssas tarixi dönəmdə Vahid Vətən - Bütöv Azərbaycan Platformasında birləşməlidir .

Çox yaxşı ki , Sevindirici məlumatlar da az deyil . Məsələn : həmyerlimiz Elman Mustafazadə öz şəxsi vəsaiti və min bir əziyyəti bahasına yaratdığı AVROPADA " AZƏRBAYCANIN DOSTLARI " Beynəlxalq Cəmiyyəti və " Xudafərin " jurnalı vasitəsiylə 30 ilə yaxındır Azərbaycan Xalqına və Dövlətçiliyinə təmənnasız xidmət edir . Ətrafına topladığı müxtəlif millətlərin nümayəndələrini Azərbaycanı müdafiə etməyə təşviq edir . Demək olar ki : Təkbaşına "Xarici Ölkələrdə yaşayan azərbaycanlılarla Əlaqə Komitəsindən " daha çox və daha faydalı işlər görür .

Yenə Onun təşəbbüsüylə yaradılan ; dünyanın əksər ölkələrində yaşayan 100 - lərlə Savadlı , Vətənərvər Ziyalıları toplayan " Ya Qarabağ , ya Ölüm " qrupunun üzvləri hər gün sosial şəbəkələrdə təklif və maraqlı fikirlərlə çıxış edərək Azərbaycan Dövlətinin mövqeyini müdafiə edirlər .

Bu faktlar göstərir ki : siyasi mövqeyindən asılı olmayaraq Vətənini sevən partiya sədrləri də mühacirətdə yaşayan soydaşlarımız da çətin məqamlarda hər zaman Dövlətimizin yanındadır .

Məhz Milli Barışıq və əsil Vətənpərvərlik

Müstəqil Dövlətimizin qorunmasının qarantıdır .

Qəvami SADIQBƏYLİ

Jurnalist - politoloq

03 . 12 . 2022 - ci il

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR