Saat:03:38
Haqqımızda

Millətin mənən şikəst edilməsi... - FİRUZ HAŞIMOV YAZIR

2024-09-03 14:40:46

Millətin mənən şikəst edilməsi... - FİRUZ HAŞIMOV YAZIR

Elgizlərin, Zaurların inhisarına verilmiş telekanallarla hansı ideoloji işdən danışmaq olar?

 

“Bir şəm ki, həqdən yana, heç bad ilən sönməz!”

Xankəndində təşkil olunmuş rəsm-keçid elə azərbaycanlı yoxdur ki, onu riqqətə gətirməyəydi. Bu unudulası mənzərə deyildi. 40 il bundan əvvəl kimin ağlına gələrdi ki, azərbaycanlı balası erməni köpəklərinin murdarladığı torpaqda əsl fateh, buranın əsl sahibi kimi şəstlə addımlayacaq. Zəfərlə bitən savaş sübut etdi ki, bu qədim torpaq cəngavərlərdən xali deyil. Vaxtı gələndə bu millət öz sərkərdəsini qabağa verib, onun ardınca düşmən üstünə mərdanə getməyi də bacarır, onu xarı-zəlil də edir....

Azərbaycanda elə bir rejissor yoxdur ki, onun orta əsrlər dövrünün saray etiketi barədə məlumatı olsun. Bütün təriflənib ərşi-əlaya qaldırılan psevdotarixi kino, səhnə əsərlərini bə qədəri qüvvə izləmişəm. Birisində görmədim ki, personajlar bir-birləri ilə dövrün tələb etdiyi qaydada söhbət etsinlər. “Qibleyi-aləm”, “əlahəzrət” sözləri sağa da, sola da işlədilir... Mən hələ xıx əsr rus əsgər və zabitlərinin əyinlərinə geydirilən libaslardan, hara gəldi yapışdırılan orden və medallardan danışmıram. Dəfələrlə yazmışam, demişəm, ay ağalar, bu işlərinizə axı adi adamlar da, mütəxəssislər də baxır, niyə külli aləmi özünüzə güldürürsünüz? Camaatı niyə avam yerinə qoyursunuz? XIX əsrdə Azərbaycanda cövlan etmiş hadisələrin səhnə, ekran təsvirinə sakit baxmaq mümkün deyil. Bizim rejissorların faleristika barədə heç primitiv təsəvvürü də yoxdur. Heç kimi qandırmaq olmur ki, vəznəli çuxa geyinmək o dövrlərdə hər kişinin işi deyildi.

Xankəndində təşkil olunmuş rəsm-keçid elə azərbaycanlı yoxdur ki, onu riqqətə gətirməyəydi. Bu unudulası mənzərə deyildi. 40 il bundan əvvəl kimin ağlına gələrdi ki, azərbaycanlı balası erməni köpəklərinin murdarladığı torpaqda əsl fateh, buranın əsl sahibi kimi şəstlə addımlayacaq. Zəfərlə bitən savaş sübut etdi ki, bu qədim torpaq cəngavərlərdən xali deyil. Vaxtı gələndə bu millət öz sərkərdəsini qabağa verib, onun ardınca düşmən üstünə mərdanə getməyi də bacarır, onu xarı-zəlil də edir.

Moskvada realist üslubda işləyən rəssamların sərgiləri keçiriləndə salonlarda adam əlindən tərpənmək olmur. Qatı millətçi, şovinist ruhda çəkilmiş şəkillərin bütün cəmiyyət tərəfindən alqışlanması adi haldır. Neçə ildir özümə əl qatmışam, ay kişilər, yəni siz o qədər korsunuz ki, nələrin baş verdiyini görmürsünüz, əsgərlərimizin, zabitlərin qəhrəmancasına vuruşmalarından tam bixəbərsiniz? Otuz il ərzində niyə ortaya bir abırlı plakat da qoymamısınız? Oddan, alovdan da çıxsa, vətənimiz hələ də təhlükədən uzaqlaşmayıb. Əksinə, göz qabağında olan düşmən azğınlaşmaqla həm də yaxşı təcrübə də qazanıb. O, yaxşı bilir ki, qələbədən məst olmuş xalqımı hansı fəndlərlə, hansı məkrlə qəhr etsin.

Millətin mənən şikəst edilməsi üçün indiki dövrdə ən güclü silah telekanallardır. Elgizlərin, Zaurların inhisarına verilmiş telekanallarla hansı ideoloji işdən danışmaq olar? Prezident aparatında yüksək kürsülərdə əyləşmiş ağalar doğrudanmı başa düşmürlər ki, xalq bu telelotuların oyunlarına ikrahla baxır? Biz avam deyilik, yaxşı görürük ki, hələ yaralarını sağaltmamış xalqımızın mənəvi aləminə qarşı necə təxribat aparılır. Bu təxribatın ön cərgəsində nuvorişlərin pullarından azğınlaşmış özlərini seks- bomba sayan müxtəlif çaplı aparıcılar və toyxana “ulduzları” dururlar. Kənd-kəsəkdə gecə-gündüz çalışan, ya da az maaşa qane olub harada gəldi işləyən, kölə kimi istismar edilən qızlar da telekanallarda əzilib-büzülən əxlaqsızlara baxıb fikirləşirlər, cavanların ağızları bunlar üçün sulanır, geyinirlər, keçinirlər, pulları da var, hələ fəxri adlar bir yana... bəs bizə nə gəlib?

Sovet hökuməti dövründə millət istedadlı riyaziyyatçıları, kimyaçıları, sənətşünasları tanıyırdı. İndi isə telemütrüflər bizlərə ədəb dərsi verirlər.

Mən ondan qorxuram ki, sabahları xudanəkərdə bir bəla sadir olsa, yenə də güllə qabağına kasıb-kusub balaları gedəcək. Təəssüflər olsun ki, Stalin zamanasında olan kimi ölkədə bir “saf-çürük” əməliyyatı aparılmır. Başımız qələbə toy-bayramına elə qarışıb ki, cəzasızlıqdan tam azğınlaşmış məmurların üsuli-idarəni necə hörmətdən saldığını sezmirik.

Bu xəstə canımla nə qədər məsələləri öyrənib, təhlillər aparmışam, çalışmışam ki, ötəri hisslərə qapılmayım, qəzəbi, nifrətimi cilovlaya bilmişəm. Gəldiyim nəticə məni sarsıdıb, istəsək də, istəməsək də, cəmiyyətdə ümidsizlik artıb. Göndərilən onlarla müraciətə, ərizəyə “Aldıq” cavabını da vermirlər. Mənim öz başıma, mənfur oyun açıblar. Ölüm artıq məni haqlayıb bu gün, sabahlıyam. Övladlarım, əlbəttə ki, məni basdırmağa birtəhər yer tapacaqlar. Amma onların çox xərcə düşmələrini istəmirdim. Məzar yerinin qiyməti hamı bilir ki, bahadır. Uzun sözün qısası, xahiş etdim ki, dəfn ediləndə ailəmi xərcə salmasınlar. Birinci vitse-prezidentə müraciətim qəzetdə də çap edilmişdi. Cavab verən olmadı...

Yuxarıda oturmuş hansısa harın özünün, ya da yaxının ayağını tapdalamısansa, işin bitdi, min ərizə də yazsan, hamısını zibil qutusuna atacaqlar. Ərizələrim təkcə məzar yeri ilə bağlı deyildi, neçə ildir dövlətin müəyyən etdiyi qocalıq təqaüdümü adam kimi ala bilmirəm. Qapılara düşə bilmirəm, ayaqlar işləmir, telefonla heç kimi tapmaq olmur. Üzvləri bir- birləri ilə ellik zəmanətlə bağlı olan bir balaca qrup o qədər qudurub ki, bütün xalqın rəğbətlə yanaşdığı birinci-vitse prezidentə ünvanlanan bütün ərizələrin qarşısını alır. Çox canfəşanlıq edib, haqqını istəyəni isə susdurmağı bacarırlar. Yəni doğrudanmı, Azərbaycana qarşı bütün səlib dünyasının amansız hücumlarının qarşısını ala bilən müzəffər Prezidentimiz bir ovuc haramzadanın öhdəsindən gələ bilməyəcək? İş bundadır ki, mənim qrup dediyim bu müdhiş dəstə bu illər ərzində öz zəhərli rişələrini hər yerə atıb. Özü də bunlar böyük mimikriya ustalarıdırlar biri tarixin zibilliyinə atılmış müstəmləkə ədəbiyyatının “dahilərini” tərifləyir, digəri əsrlərin sınağından çıxmış musiqi sərvətlərimizi murdarlayır, bir başqası telekanala çıxaraq boş gəvəzələmə ilə sadəlövh adamların başını qatır. Allah üzümüzə baxıb, nə yaxşı ki, xalq da keçmişdəki qara kütlə deyil, o yaxşını pisdən ayıra bilir.

Firuz HAŞIMOV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206771