Saat:03:13
Haqqımızda

Millətin haqqı - ŞEİR

2023-10-31 14:57:54

 Millətin haqqı - ŞEİR

Çoxalıb işsizlər, gəzirlər səfil,
Üzdəniraqlara artıbdır meyil,
Boynu yoğunlaşan tiplərə deyil,
Binəva kasıba azca gün ağla,
Millət ayıl artıq, haqqını anla.

Məmurlar xalqımı düşmən bilirlər,
Məzlumun haqqına hər an girirlər,
Ümüd doğan kimi,basıb yeyirlər,
Rüşvətlə,haramla,yağlı yalanla,
Millət, ayıl artıq, haqqını anla.

Mərhəmət sözünü at, dilindən sil,
Vəzifəyə gələn kobud,acı dil,
Çapıb, talayırlar sərvətini bil,
Çək imtahan eylə, əyrini damla,
Millət, ayıl artıq, haqqını anla.

Mollası eyləyir dövlətimə şəkk,
Bunlar gərək olsun ağıllarda həkk,
Ay Hacı,bu çirkin işlərdən əl çək,
Azda müğənni yox,nəfsini saxla,
Millət, ayıl artıq, haqqını anla.

Milyonlar durmadan ciblərə axır,
Milyon var cibində qəpiyə baxır, 
Bu dərd dözülməzdir,yandırır-yaxır,
Sənsə ört üstünü,yorğanla bağla,
Millət, ayıl artıq,haqqını anla.

Elmsiz diyarlar batıbdır qəmə,
Elmlə ucalır insan mənsəbə,
Hər yoldan ötənə müəllim demə,
Müəllim sözünü bir düşün,anla,
Millət, ayıl artıq, haqqını anla.

Faydasız işlərlə başını yorma,
Bir varlı görəndə boynunu burma,
Heç vacib də deyil ayağa durma,
Alimə hörmət et ədəblə,şanla,
Millət, ayıl artıq, haqqını anla. 

Seç, ara pislərdən yaxşını ayır,
Müftəxor kəslərdən gözləmə xeyir,
Özün qol çırmala,gəl etmə seyir,
Düşünmə düzələr işlər zamanla,
Millət, ayıl artıq, haqqını anla.

Tamahdır insanı yeyən içindən,
Saflığı,mənliyi,düzü heç edən,
Ay Allah sən özün bizi kiçildən,
Kəsləri yox eylə, əzib, ayaqla,
Millət, ayıl artıq, haqqını anla.  

ŞAMİL

26.10.2023

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.648055