""Millət vəkilləri" Xameyninin göstərişiylə oturub-dururlar" - Politoloq

2022-11-24 23:27:00

"İranın hakim dairələri normal vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində hər hansı bir işin aparılmasında maraqlı deyillər". 

Hurriyyet.Az bildirir ki, bu fikirləri 32gun.az-a açıqlamasında Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli deyib.  Analitik qeyd edib ki, İran adlanan ölkənin parlamenti və parlamentindəki “millət vəkilləri” sadəcə və sadəcə Xameyninin göstərişiylə oturub dururlar. Həm bəyanat yayırlar, həm məhkəmə hakimiyyətindən tələb edirlər ki, etirazçılara qarşı daha qəddar davransın və onlara ölüm hökmü  versin. 

"Yəni, olaylara, hadisələrə baxanda İranda vəziyyət olduqca  ağırdır. Buna görə də, molla rejimi çalışır ki, hadisələri müxtəlif ölkələrin boynuna atsın. Bir gün Azərbaycan dövlətinə qarşı hədə-qorxu gəlir, bir gün Ərbəsitana, bir gün Türkiyə, həmçinin Avropa ölkələrinə də ittihamlar səsləndirir, özəlliklə Almaniyaya qarşı. Amma məsələnin gerçəkliyi hər halda şəffaf şəkildə ortadadır. Bu rejimin öz ideolojik siyasətindən qaynaqlanan yanaşmalar və apardığı qeyri-insani siyasətlərindən qaynaqlanır".

S.İsabəyli qeyd edib ki, İran artıq bunları ört-basdır edə bilmir.

 "Hətta, İran adlanan ölkənin təhlükəsizlik orqanlarının bəzi gizli səs faylları çıxıb. Özlərinin görüşlərində, müzakirələrində deyirlər ki, biz elə bir nəsillə qarşı-qarşıyayıq ki, biz onları dərk edə bilmirik. Biz tutduqlarımız uşaqlarıdanışdırırıq və onları anlaya bilmirik. Yəni, biz hələ təhlükəsizlik orqanları olaraq belə həqiqətlərdən xəbərimiz olmayıb. Bu, o deməkdir ki, hakimiyyətlə gənc nəsil arasında böyük bir uçurum var. İran hakimiyyəti heç onları dərk eləmir. Belə gənclərin var olduğunu, belə bir düşüncə və istəklərin var olduğunu düşünməyiblər. Belə olan halda bu rejimin qəddarlıq göstərməsi, bu rejimin başqa ölkələrə qarşı hər hansı bir ittihamın səsləndirilməsi məsələsi  mənasız və absubddur".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.189173