Saat:08:32
Haqqımızda

Millət vəkilləri Fazil Mustafa və Ağalar Vəliyev TÜRKPA-nın iclasında iştirak etmək üçün Bişkekə səfər edəcəklər

2024-04-16 15:52:32

Millət vəkilləri Fazil Mustafa və Ağalar Vəliyev TÜRKPA-nın iclasında iştirak etmək üçün Bişkekə səfər edəcəklər

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa və deputat Ağalar Vəliyev aprelin 17-də TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə” mövzusunda keçiriləcək 11-ci iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.

İclasın gündəliyinə uyğun olaraq, Komissiyanın hesabat məruzəsinin layihəsinin qəbulu, “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” model qanunlarının layihələrinin, həmçinin Komissiyanın tövsiyə qərarının layihəsinin qəbulu barədə məsələlər müzakirə olunacaq.   

Deputatlarımız komissiyanın işində iştirak edəcəklər, gündəlikdə duran məsələlərə münasibət bildirəcəklər.

Səfər aprelin 20-də başa çatacaq. 

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217813