Saat:04:47
Haqqımızda

Millət Vəkili Musa Qasımlı: "Azərbaycan torpaqlarının azad olunmasına laqeyd qalanlar insanları küçələrə çağırırlar, onlar siyasətdən getməlidir"

2024-04-19 11:42:53

Millət Vəkili Musa Qasımlı:

Aprelin 19-da Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib.

İclasda iştirak edən millət vəkili Musa Qasımlı bildirib ki, Şirvan kanalının yenidən bərpası ilə bağlı cənab prezidentin imzaladığı sənəd təkcə kənd təsərrüfatı üçün əhəmiyyət daşımır, eyni zamanda bütövlük məqsədi daşıyır.

Millət vəkili rus sülhməramlılarının çıxarılmasına da toxunaraq, "Bundan başqa, Azərbaycan torpaqlarının azad olunmasına laqeyd qalanlar, qazanılan qələbəni təqdir etməyənlər və Prezidenti təbrik etməyənlər insanları küçələrə çağırırlar. Bizim yolumuz islahatlar və təkamül yoludur. Bu gün Azərbaycan ərazisində heç bir başqa ölkənin hərbçisi yoxdur. Bu Prezident İlham Əliyevin qonşularla ən güclü əlaqələr qurmasının nümunəsidir. Bu gün səs-küy salanlar siyasətdən getməlidir", deyə fikrini ifadə edib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212330