Saat:18:11
Haqqımızda

Millət vəkili güllələndi: Zabrat yolu tam bağlandı – VİDEO

2023-03-29 00:39:00

Millət vəkili güllələndi: Zabrat yolu tam bağlandı – VİDEO

Hazırda Zabrat qəsəbəsinə yol bağlanıb.

Hurriyyet.az xəbər verir ki, yolun bağlanmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Fazil Mustafanın Zabrat qəsəbəsində yerləşən evinin önündə güllələnməsindən sonra polis qəsəbəyə yolu bloklayıb.

Qeyd edək ki, bu gün saat 21:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.

Hazırda Fazil Mustafa 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyata qaldırılıb. TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR