Saat:20:10
Haqqımızda

"Milan"ın nümayəndəsi iki futbolçu üçün Londona yollandı

2025-06-12 22:53:21

"Milan" London "Arsenal"ının iki futbolçusunu heyətinə qata bilər.

İnformasiyanı "La Gazzetta dello Sport" yayıb.

Məlumata görə, "rossonerlər"in nümayəndəsi dünən Londonda "topçular"ın rəhbərliyi ilə görüşərək iki müdafiəçinin - ukraynalı Aleksandr Zinçenko və polşalı Yakub Kivyorun mümkün transferini müzakirə edib.

Geridə qalan mövsümdə 28 yaşlı Zinçenko "Arsenal" forması ilə 23 matça çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

25 yaşlı Kivyor 2024/2025 "futbol ili"ndə London təmsilçisində 30 qarşılaşmada forma geyinib. O, 1 qol və 2 assistlə diqqət çəkib. \\Fanat.Az