Saat:01:18
Haqqımızda

MİDA 40 minə bir, 45 minə iki, 70 minə üçotaqlı mənzilləri SATIŞA çıxarır

2025-11-28 19:32:47

MİDA 40 minə bir, 45 minə iki, 70 minə üçotaqlı mənzilləri SATIŞA çıxarır

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.

Hurriyyet.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında qurumun mətbuat katibi Diana Dadaşova bildirib.

Onun sözlərinə görə, satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq: "Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür".

D. Dadaşovanın sözlərinə görə, Yevlax Yaşayış Kompleksində mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

1 otaqlı mənzil – 40 200 manat,

2 otaqlı mənzil – 45 225 manat,

3 otaqlı mənzil – 70 490 manat,

4 otaqlı mənzil – 103 740 manat.

MİDA rəsmisi əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında aparılacaq.