Saat:19:28
Haqqımızda

"Mİ6-nın keçmiş rəhbəri Putinin 2023-cü ilə qədər hakimiyyətdən gedəcəyini bildirib" - XAQANİ CƏFƏRLİ

2022-05-24 11:23:00

"O, bu fikirini Rusiyanın Ukraynaya qarşı müharibədə rüsvayçı məğlub olması, üç ay sonra sanksiyaların ciddi təsir göstərərək iqtisadiyyatı məhv edəcəyi və hakimiyyətin legitim ötürülmə mexanizminin olmaması ilə izah edib"

"Dünyada ən güclü siyasi kəşfiyyat idarəsi hesab olunan Mİ6-nın keçmiş rəhbəri ser Riçard Dirlav Putinin 2023-cü ilə qədər hakimiyyətdən gedəcəyini bildirib. Ser Riçard Dirlav qarşıdakı 18 ay ərzində də Rusiyanın parçalanacağı ilə bağlı ehtimal irəli sürüb". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, Mİ6-nın keçmiş rəhbəri bu fikirini Rusiyanın Ukraynaya qarşı müharibədə rüsvayçı məğlub olması, üç ay sonra sanksiyaların ciddi təsir göstərərək iqtisadiyyatı məhv edəcəyi və hakimiyyətin legitim ötürülmə mexanizminin olmaması ilə izah edib: "Böhranlı vəziyyətdə hakimiyyətin ligitim ötürülmə mexanizminin olmaması rusların Rusiya Federasiyasından əvvəl qurduqları iki böyük dövlətin, Sovet İttifaqı və Rusiya İmperiyasının parçalanmasının əsas səbəbi olduğu haqqında dəfələrlə yazmışam. Mütləqiyyət rejimi çökəndə dövlət də parçalanır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR