Məzuniyyət haqqı necə hesablanır? – VİDEO

2022-06-17 11:52:00

Məzuniyyət haqqı necə hesablanır? – VİDEO

Yay fəsli həm də istirahət fəslidir. 1 illik əməyimizin qarşılığında məzuniyyət haqqımız olur ki, çalışırıq ki, onu da yaxşı dəyərləndirək. Çünki rəsmi müqavilə ilə işləyən hər kəsə 21 gündən az olmayaraq ödənişli məzuniyyət verilir. Bu ödənişin hesablanması qaydası isə işçini ən çox maraqlandıran məqamlardandır. İnsan resursları üzrə ekspert Nüsrət Xəlilov bildirir ki, məzuniyyət haqqının hesablanması zamanı ilk növbədə şəxsin hazırkı iş yerindən olan qazancı əsas götürülür.

Hurriyyet.az-ın məlumatına görə, ekspert deyir ki, stajı 12 aydan az olan işçilərin məzuniyyətə çıxa bilməsi üçün qanunvericilikdə güzəştlər nəzərdə tutulub.

Nüsrət Xəlilovun sözlərinə görə, məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasına ən gec 3 gün qalmış ödənilməlidir. Əgər əmək müqaviləsində digər bir hal yoxdursa, məzuniyyət haqqı vaxtında ödənilmədikdə işçi məzuniyyət günlərinin hesablanmasını ödənişin edildiyi gündən başlanmasını tələb edə bilər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya