Meymunçiçəyini ABŞ yayır? Rusiyadan ittiham

2022-05-27 18:29:00

Meymunçiçəyini ABŞ yayır? Rusiyadan ittiham

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi meymunçiçəyi virusunun ilkin ocağı olan Nigeriyada ABŞ-ın ən azı dörd ədəd laboratoriyasının fəaliyyət göstərdiyini bəyan edib.

Bu barədə açıqlamanı Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiəsi Qoşunlarının rəisi İqor Kirillov verib.

Kirillov deyib: “Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, meymunçiçəyinin Qərbi Afrika ştammının yayılması Nigeriyadan başlanıb – ABŞ bu ölkənin də ərazisində öz bioloji infrastukturunu qurub. Əldə olan məlumata görə, Nigeriyada Vaşinqtona tabe olan azı dörd ədəd biolaboratoriya fəaliyyət göstərir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya