Saat:21:47
Haqqımızda

Meymun çiçəyi: yayda infeksiyanın “yayılması sürətlənə bilər“

2022-05-23 10:22:00

Meymun çiçəyi: yayda infeksiyanın “yayılması sürətlənə bilər“

İsrail və İsveçrə meymun çiçəyinə yoluxma hallarının qeydə alındığını təsdiqləyəndən sonra xəstəliyin baş verdiyini bildirən ölkələrin ümumi sayı 14-ə çatıb.

Meymun çiçəyinin hazırkı epidemiyası zamanı Avropa, ABŞ, Kanada və Avstraliyada 80-dən çox yoluxma hadisəsi təsdiqlənib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əlaqəli ölkələrin adlarını çəkmədən daha 50 şübhəli hadisənin araşdırıldığını bildirib. ÜST yoluxma hallarının artacağı ehtimalının yüksək olduğunu qeyd edib.

Cənubi Koreyaya səfərini başa vurarkən epidemiyanın baş verməsi ilə bağlı sualı cavablandıran ABŞ Prezidenti Joe Biden bildirib ki, ABŞ-da bu infeksiyaya qarşı görüləcək tədbirlər və tətbiq edlə biləcək vaksinlər üzırində hazırda "gərgin iş" gedir. cavabı və hansı peyvəndlərdən istifadə edə biləcəyi üzərində "çox işlədiyini" söylədi.

Epidemiya ilk dəfə Böyük Britaniyada müəyyən edildikdən sonra bu virus bütün Avropada aşkar olunmağa başlayıb - İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya və İsveçdəki ictimai səhiyyə xidmətləri meymun çiçəyinə yoluxma hallarını təsdiqləyib.

Avropada müəyyən olunmuş hallara əlavə olaraq, Avstraliya Britaniyaya səyahət etmiş bir nəfərin virusa yoluxduğunu təsdiqləyib. ABŞ-ın Massachusetts ştatının səhiyyə qurumu bu yaxınlarda Kanadaya səyahət edən bir nəfərin meymun çiçəyinə qarşı keçdiyi testin nəticəsinin müsbət olduğunu bildirib.

Kanadanın ictimai səhiyyə agentliyi Quebec-də iki yoluxma halını aşkar edib. Səyahət edən xəstələrdən biri ABŞ sakindir, onun Kanada ərazisində və ya ölkə xaricində bu xəstəliyə yoluxduğu aydın deyil.

Meymun çiçəyi üçün xüsusi peyvənd olmasa da, bir neçə ölkə çiçək xəstəliyinə qarşı peyvənd ehtiyatı topladıqlarını bildirib. Adi çiçək xəstəliyinə qarşı peyvəndin meymun çiçəyi infeksiyasına qarşı təxminən 85% təsirli olduğu deyilir, çünki bu iki virus olduqca oxşardır.

ÜST cümə günü verdiyi açıqlamada, son yoluxma hallarının xəstəliyin endemik olmadığı ölkələrdə baş verdiyini və bunun qeyri-adi olduğunu qeyd edib. Bu gözlənilməz epidemiyanın niyə məhz indi baş verdiyi hələlik aydın deyil.

Ehtimallardan biri, virusun müəyyən şəkildə dəyişə bilməsi ilə bağlıdır, lakin hazırda bunu təsdiqləyə bilən dəlil çox azdır. ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge epidemiyanın yay mövsümündə güclənə biləcəyi barədə xəbərdarlıq edib, çünki insanlar festivallara və şənliklərə toplaşır və nəticədə, infeksiyanın "yayılması sürətlənə bilər."

BBC Azərbaycan

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR