Məxfi sənədlər açıldı: Pentaqon rəhbəri Misirə hansı tapşırıqla gedibmiş?

2023-04-18 11:31:00

Məxfi sənədlər açıldı: Pentaqon rəhbəri Misirə hansı tapşırıqla gedibmiş?

Hurriyyet.az xəbər verir ki, “Vaşinqton Post” nəşrinin Amerika kəşfiyyatının sosial şəbəkələrə sızmış sənədlərinə istinadla yazdığına görə, Birləşmiş Ştatların müdaxiləsindən sonra Misir hakimiyyəti Rusiya ordusu üçün reaktiv mərmilər istehsal eləmək planından imtina edib.

Elə həmin sızdırılmış sənədlərdən bəlli olduğuna görə, Misir Prezidenti Əbdül Fəttah əs Sisi fevral ayında məxfi şəkildə 40 min reaktiv mərmi istehsal eləmək planını hazırlamaq göstərişi veribmiş – həmin mərmilərin Rusiyaya göndərilməsi nəzərdə tutulubmuş.

Lakin Amerika rəsmilərinin, o cümlədən martın əvvəlində Pentaqonun rəhbəri Lloyd Ostinin Misirə səfərlərindən sonra Rusiyaya mərmi tədarükü planı “təxirə salınıb”.

“Vaşinqton Post”un yazdığına görə, bunun əvəzində Misir Ukrayna ordusu üçün ABŞ-a 152 mm və 155 mm ölçülü mərmilər satmağa razılıq verib. Nəşr bunu “Co Bayden administrasiyasının aşkar diplomatik qələbəsi” adlandırıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.520464