Metroya xlorla girdi, təhlükə yarandı - Yenilənib
2023-03-31 16:35:00

Bakı metrosunda sərnişinlər üçün yarana biləcək təhlükənin qarşısı alınıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.
“Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - deyə B.Məmmədov bildirib.
***
Qurum rəsmisi əlavə edib ki, sərnişinin əlində olan xlor dezinfeksiya məqsədi üçün nəzərdə tutulub və toz halında paketdə olub. (qafqazinfo)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya