Saat:13:30
Haqqımızda

Metroda qatarlar yubandı - AÇIQLAMA

2024-07-16 09:45:06

Metroda qatarlar yubandı - AÇIQLAMA

Bakı metrosunda intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, "Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb: "Maşinist vaqon qapısını yoxladıqdan sonra idarəetmə sistemi yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb. Xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb".

"Qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib", - deyə məlumatda qeyd olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.334354