Saat:23:56
Haqqımızda

Metro yaxınlığında ən balaca otaq ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARILDI

2025-11-10 22:14:17

Metro yaxınlığında ən balaca otaq ŞOK QİYMƏTƏ SATIŞA ÇIXARILDI

Moskvada cəmi 6 kvadratmetr olan otaq satışa çıxarılıb.

Otaq “Paveletskaya” metrostansiyasının yaxınlığındakı kərpicdən tikilmiş binanın birinci mərtəbəsində beşotaqlı mənzildə yerləşir. Əşyalıdır və yaşayış üçün hazırdır. Qiyməti 3,5 milyon rubl (73 min 248 manat).

Ölçülərinə görə ikinci yerdə Nijni Novqorodda 7,3 kvadratmetr sahəsi olan birotaqlı ev durur. Dördotaqlı mənzildə yerləşən ev təxminən 700.000 rubla satılır (14 min 649 manat). Sahiblər iddia edirlər ki, kosmetik təmir işləri bu yaxınlarda başa çatıb.

Üçüncü yeri Leninqrad vilayətinin Şpankovo ​​kəndindəki bir otaq tutur - 8 kvadratmetrdir. Əmlak 630.000 rubla (13 min 184 manat) başa gəlib. \\Bakupost.az


Load Time (S) : 0.000251