Saat:03:32
Haqqımızda

METRO İŞÇİLƏRİNİN MAAŞI ARTIRILIB? – Əməkdaşlar rəhbərliyi yalan məlumat verməkdə ittiham edir

2023-05-03 13:28:00

METRO İŞÇİLƏRİNİN MAAŞI ARTIRILIB? – Əməkdaşlar rəhbərliyi yalan məlumat verməkdə ittiham edir

Hurriyyet.az saytının redaksiyasına “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçilər iddia edirlər ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Mahmud oğlu Məmmədov və maliyyə departamentinin rəisi Fərhad İbrahimov 2022-ci il fevral ayının 3-də İctimai TV-də cəmiyyətə yanlış məlumat verib.

““Sabaha Qalmasın” adlı verilişdə çıxışı zamanı Fərhad müəllim bildirdi ki, cənab Prezident yanvar ayının 1-dən Bakı Metropoliteninin işçilərinin zəhmətini dəyərləndirib, əmək haqqını artırıb. Bu sözləri biz işçilər efirdən eşidib çox sevindik. Amma hələ bu günə kimi artım görməmişik. İşimizin nə qədər çəti olduğunu hər kəs bilir. 37 metr dərinlikdə, yerin altında işləyirik. 600 manat əmək haqqı alırıq. Sevinmək bizim də haqqımızdır. Əlacsızlıqdan bu maaşa işləyirik”, - deyə şikayətçilər yazır.

Metropoliten işiləri onu da deyir ki, sədr müavininin və rəisin qəbuluna yazılmaq olmur: “Yeri gələndə prezidentin, nazirlərin qəbuluna düşmək olur, bunlar isə bizi qəbul etmir. Zəng vurub səbəbini soruşuruq, bizə deyirlər ki, əmək haqqını qaldırmağa Holding icazə vermir. Başa düşmürük, Holding rəhbəri prezidentdən böyük adamdır? Holding maaşı artırmağa icazə vermirdisə, niyə onda efirdə deyirdilər ki, prezident əmək haqqını artırıb?!

Sizdən xahiş edirik, bizim bu problemimizi işıqlandırın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR