Saat:18:30
Haqqımızda

“Metro City” ticarət mərkəzi yanır - VİDEO - YENİLƏNİB

2021-10-16 10:03:00

“Metro City” ticarət mərkəzi yanır - VİDEO - YENİLƏNİB

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

Hurriyyet.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, yanğın “Metro City” ticarət mərkəzindədir. 

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib. 

***

Yanğın baş verən ticarət mərkəzinə bitişik dayanan maşın polis əməkdaşları tərəfindən hadisə yerindən çıxarılıb. Qeyd edilib ki, əks halda partlayış baş verə bilərdi. 

***

Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan bir  neçəsi “Qafqazinfo”ya bildirib ki, ticarət mərkəzi saat 9-da açılır. Ona görə də mağaza sahibləri içəridə olmayıb. Yanğın təxminən 8:00-8:30 radələrində başlayıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb: "FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub".

***

İlkin məlumata görə, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib. Sahibkarların sözlərinə görə, hər mağazada ən azı 50-60 min manatlıq malları olub. 

 




1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR