Metin Gürak: "Türkiyə həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəkləyir"
2023-09-19 15:29:40

Hurriyyet.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.
Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya