Saat:00:59
Haqqımızda

Mətin Eynullayevin də öz “brokerləri” var...

2022-09-06 13:37:00

Mətin Eynullayevin də öz “brokerləri” var...

Əmlak Məsələləri üzrə Dövlət Xidməti üzərinə düşən işi görmür; vətəndaşlar Kərəm Həsənov Əmlak Komitəsinə geri qaytarılmasını istəyir

Uzun illər idi ki, Kərəm Həsənov ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri idi.  2019-cu lin oktyabr ayının 23-də K.Həsənov vəzifəsindən azad edildi. Daha sonra isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildi.

Əmlak Məsələləri Dövlət Xidməti hazıra İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Lakin ötən bir neçə ay ərazində bu xidmətin xeyli sayda refional idarə rəisi və əməkdaşları hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Xidmətdə işlər o qədər passiv və ləng gedir ki, artıq narazılıqlar da kifayət qədər çoxalıb. Tən 3 il müddətində bir zamanlar müstəqil dövlət komitəsi olaraq fəaliyyət göstərən qurumun əməkdaşları demək olar ki, fəaliyyətsiz bir vəziyyətdə qalıblar.

Eyni zamanda uzun illər vətəndaşlara xidmət göstərilən bir sıra xidmətlər də rəsmi olaraq həyata keçirilmir. Uzun illərdir istifadəsində olan torpaq və dövlət obyektləri üzərində mülkiyyətçi olmaq istəyən vətəndaşlar get-gələ salınır. Onların sərəncamlarında olan torpaq sahələrini özəlləşdirməsi üçün heç bir şərait yaradılmır.

“Hürriyyət”ə müraciət edən narazı vətəndaşlar bildirir ki, bu dövlət xidməti əslində lazım olan işləri həyata keçirmir. Hətta yeni qaydalar da tətbiq edilir. Qaydalara əsasən, xidmətə edilən müraciətlər aylarla toplanır. Qeyri-rəsmi olaraq tətbiq edilən prossedur qaydalarına görə, ən azı 500 mülkiyyət iddiasına dair sənəd toplanmalıdır ki, rəhbərə təyin edilsin.

Şikayətçilər iddia edir ki, qaydaları xidmətin rəisi Mətin Eynullayev təsdiqləyib. Eyni zamanda M.Eynullayev bu işləri daha çox kənar MMC-lər vasitəsilə həyata keçirir. Məsələn, daxil olan informasiyalara əsasən hazırda Bakı şəhərində, İçəri Şəhər Dövlət Qoruğu ərazisində yerləşən bir neçə kontor var. Bu kontorlar vasitəsilə sənəd almaq istəyən vətəndaşlara “yardım” təklif edilir. Yəni dövlət xidmətinin “arxa qapısı” anlamında fəaliyyət göstərən qurum daha tez sənədlləşdirmə təklifi edir. Gömrükdə olduğu kimi broker xidməti formasında.

Görünür, Mətin Eynullayev məhz bu səbəbdən 500 müraciətin toplanması kimi bir tələb qoyub ki, öz “brokerlər”inə şərait yaratsın.

Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, əslində dövlət xidmətinin bir sıra səlahiyyətləri elektronlaşdırılıb. Lakin zamanında Kərəm Həsənov tərəfindən təqdim edilən və tam hazır vəziyyətə gətirilmiş xidmətlərin heç biri elektron sistemə daxil edilməyib. Həmsöhbətimiz deyir ki, bu qısqanclıq və daha çox pul qazanmaqla vətəndaşları kütləvi formada narazı salmaq məqsədilə edilir.

“Çünki Kərəm Həsənovun zamanında mülkiyyət hüququna dair sənədlərin alınması üçün daha rahat və asan sistem hazırlanmışdı. Həmin sistemin Asan Xidmət sisteminə, elektron bazaya inteqrasiya edilməsi qalmışdı. Komitənin ləğv edilərək, İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra prosses dayandırılıd. İndi elektron xidmətlər üzərindən itmiş sənədlərin nüsxələrinin çıxarılması və təsdiqlənməsi prosesi həyata keçirilir. Faktiki olaraq qanuni yollarla sərəncamlarında olan mülkiyyətini özəlləşdirmək istəyən vətəndaşlara bürokratik qaydada əngəllər yaradılır. Biz istəyirik ki, yeni sistem ləğv edilsin, elə Kərəm Həsənov da yenidən əvvəlki işinə geri qaytarılsın. Heç olmasa o zamanlarda bizdən rüşvət də alsaydılar, işimizi asanlıqla həll edə bilərdik”, - deyə həmsöhbətimiz qeyd edir.

Kərəm Həsənovun bu kadrları işdən çıxarıldı – SİYAHI » Azia.az

Maraqlıdır ki, bu günə qədər adıçəkilən xidmət Bakı və ətraf kəndlərdə qanunsuz mənzillərlə bağlı da qərar verə bilmir. Ekspertlər hesab edir ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti üzərinə düşən işi görmür. Bakıdakı sənədsiz mənzil və obyektlərin siyahısının dəqiqləşdirilməsi həyata keçirilmir. Bütün standartlara cavab verən mənzil və obyektlərin sənədləşdirilməsi prosesi aparılmır. Baxmayaraq ki, reyestr məlumatlarının toplanması, dəqiqləşdirilməsi məqsədilə dövlət büdcəsindən hər il 7 milyon manata yaxın vəsait ayrılır. Eyni zamanda dövlət əmlakının icarəyə verilməsi, idarə olunması və istifadəsinə dair də heç bir dəqiq elektron baza yaradılmayıb.

Görünür, xidmətdə bu işləri ona görə həyata keçirmirlər ki, xaotik durum onların işinə yarayır. Məhz 500 müraciətin bir yerə toplanması və aylarla vətəndaşlara cavab verilməməsi də bu xaotizmin əsas istiqamətidir. Yoxsa niyə 3 ildir narazı qalan vətəndaşlar Kərəm Həsənovun vəzifəsinə geri qaytarılmasını istəsinlər?!

Onu da əlavə edək ki, K.Həsənov Prezidentin müvafiq sərəncamı ilə 2019-cu ulin noyabrın 29-da Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.

Təcrübədə isə işinin öhdəsindən “hansı formada olursa olsun” prinsipi ilə gələn məmurların təkrar əvvəlki vəzifəsinə geri qaytarılması halları olub.

"Hürriyyət"

Redaksiyadan: Mövzu ilə bağlı qarşı təərəfin mövqeyini dinləməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR