Saat:01:26
Haqqımızda

Messi qərarını AÇIQLADI

2023-06-03 21:49:00

Messi qərarını AÇIQLADI

Lionel Messi PSJ-ni tərk edəcək.

Bu barədə argentinalı futbolçu özü açıqlama verib.

“PSJ-ni təmsil etmək fürsətim olduğu üçün xoşbəxtəm. Bu komandada, belə yaxşı oyunçularla oynamaq mənə çox xoş idi. Parisdəki möhtəşəm təcrübəyə görə kluba təşəkkür edirəm”, - deyə L.Messi söyləyib.

Messi 2021-ci ilin yayında “Barselona”dan ayrıldıqdan sonra azad agent kimi PSJ-yə keçib. O, klubun heyətində bütün turnirlərdə 74 oyun keçirib, 32 qol, 35 məhsuldar ötürmə ilə yadda qalıb. Messi PSJ-də iki dəfə Fransa çempionu olub, bir dəfə isə ölkə Super Kubokunu qazanıb. \\Redaktor.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR