Saat:22:04
Haqqımızda

Messi həmləsi baş tutmayan "Qalatasaray" üzünü Premyer Liqaya çevirib

2025-12-05 20:43:55

Messi həmləsi baş tutmayan

Lionel Messi üçün transfer həmləsi uğursuz olan "Qalatasaray" bu dəfə üzünü Premyer Liqaya çevirdi.

Onlar hazırda "Liverpul"dan çıxmaq ehtimalı yüksək olan Məhəmməd Salahı hədəfə alıb.

İstanbul təmsilçisi hücumun sağ cinahı üçün onu əsas hədəf olaraq görür.

Klubun Misirli futbolçuya hər mövsüm üçün 15–16,5 milyon funt sterlinq dəyərində müqavilə təklif etməyə hazır olduğu bildirilir.

Hazırda Salah “Liverpul” klubundan hər mövsümdə 20 milyon funt sterlinqdən çox maaş alır.

Bu səbəbdən Qalatasarayın təklifinin futbolçunu razı salıb-salmayacağı hələlik məlum deyil.

Offsideplus.az