Məşhur universitetdəki cinayət işi ilə MIT professorunun əlaqəsi araşdırılır
Hurriyyet.az xəbər verir ki, ABŞ-da baş verən iki ayrı kütləvi atışma arasında mümkün əlaqə araşdırılır. 13 dekabrda Braun Universiteti kampusunda iki nəfərin ölümünə və doqquz nəfərin yaralanmasına səbəb olan atışmada şübhəli bilinən Klaudio Neves Valente Nyu-Hempşirdə icarəyə götürülmüş anbarda ölü tapılıb. Hakimiyyət orqanları Valentenin 15 dekabrda MIT professoru Nuno Loureironun evində qətlə yetirilməsində də şübhəli olduğunu açıqlayıb.
Polis rəsmiləri 13 dekabrda Braun Universitetində baş verən atışma ilə bağlı mətbuat konfransı keçiriblər.
Hakimiyyət orqanları universitet hücumunda şübhəli bilinən 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Neves Valentenin Nyu-Hempşirdə icarəyə götürülmüş anbarda ölü tapıldığını bildiriblər.
Valentenin intihar etdiyi və 2000-2001-ci illər arasında Braun Universitetində aspiranturada fizika təhsili aldığı barədə məlumatları paylaşılıb.
Əlavə olaraq bildirilib ki, Valentenin 15 dekabrda vəfat edən MIT professoru Nuno Loureiro-nun güllələnməsi ilə bağlı şübhəli olduğunu və Valente ilə Loureironun 1995-ci ildə Portuqaliyadakı bir universitetdə eyni akademik proqramda oxuduqlarını qeyd ediblər.
NURAY
