Məşhur türkiyəli bloger 3 milyon izləyicisinə Bakının gözəlliklərini göstərib - VİDEO - FOTO

2022-06-11 20:22:00

Məşhur türkiyəli bloger 3 milyon izləyicisinə Bakının gözəlliklərini göstərib - VİDEO - FOTO

Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün bir çox ölkələrdən məşhur blogerlər Bakıya gəlib.

Türkiyəli bloger, BEGE adı ilə tanınan Berkkan Güven öz "Instagram" səhifəsində Bakı trasının yaxınlığından fotolar və ümumilikdə paytaxtdan şəkillər paylaşıb.

Məşhur bloger, yutuber və müğənni olan Berkkan Güven "Instagram"da 3,1 milyon izləyiciyə malikdir.

Qeyd edək ki, iyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.

 

Məqaləyə dair fotomateriallar: 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya