Saat:15:23
Haqqımızda

Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

2024-12-28 20:06:36

Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

"Schlumberger Logelko INC." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova icraatındadır.  \\Valyuta.az