Saat:13:32
Haqqımızda

Məşhur repçi bu sosial şəbəkəni alır

2022-10-20 20:48:00

Məşhur repçi bu sosial şəbəkəni alır

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest mühafizəkarlar və Donald Trampın pərəstişkarları arasında məşhur olan "Parler" sosial şəbəkəsini alır.
Bu barədə şirkət məlumat yayıb.
Sərvəti təxminən 2 milyard dollar olan repçinin bunun üçün nə qədər ödəniş edəcəyi isə açıqlanmayıb. Tərəflər arasında müqavilə bu ilin sonuna kimi bağlanacaq.
Qeyd edək ki, sözügedən sosial şəbəkə özünü söz azadlığına sahib tvitterin analoqu kimi təqdim edir. \\Axşam.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR