Məşhur "qanuni oğru" özünü başından GÜLLƏLƏDİ - FOTO

2022-09-07 20:34:00

Məşhur

Nüfuzlu gürcü əsilli “qanuni oğru”, “Gia Long” ləqəbli 68 yaşlı Georgi Diakvnişvili Moskvadakı evində başından güllə yarası ilə tapılıb.

Hurriyyet.az xəbər verir ki, sentyabrın 3-də təcili yardım briqadası Yeni Moskvanın Mostovskoye kəndinə çağırışla gəlib və nüfuzlu kriminal avtoriteti göz yuvasından güllələnərək yerdə uzanmış halda aşkar edib. Onun Moskva xəstəxanalarından birinə yerləşdirildiyi və hazırda reanimasiyada olduğu bildirilir.

 Hadisə yerinə baxış keçirilərkən polis əməkdaşları “Makarov” markalı qaz tapançası götürüblər. Faktla bağlı cinayət işi açılıb.

 İstintaq “qanuni oğru”nu öldürməyə cəhd, eləcə də intihara cəhd versiyalarını araşdırır.

 Cinayət aləmində “Gia Lonq” kriminal aləmin “xaç atası” Aslan Usoyanın (Ded Xasan) tərəfdarı olması ilə tanınır və rəqibi Tariel Onianiyə qarşı çıxırmış.

 

 

Mənbə: Azerinform.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067111