Saat:04:07
Haqqımızda

Məşhur prokuror mərc oyunları aludəçisi imiş - QAZANCININ YARISINI KEÇMİŞ XANIMINA VERMƏLİDİR

2024-10-29 14:49:58

Məşhur prokuror mərc oyunları aludəçisi imiş - QAZANCININ YARISINI KEÇMİŞ XANIMINA VERMƏLİDİR

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Seyhun Azadəliyev mərc oyunlarının aludəçisi imiş. Bu, rəsmi məhkəmə qərarı ilə təsdiqlənib.

Hurriyyet.az Meydan TV- yə istinadən xəbər verir ki, Seyhun Azadəliyev iki il ərzində mərc oyunlarından 108 min manatdan çox pul udub.

Boşanma zamanı məhkəmədə digər əmlaklarla yanaşı, birgə nikah dövründə əldə olunmuş bu gəlirin də bölgüsü məsələsi ortaya çıxıb.

Məhkəmə bu vəsaitin bir hissəsini keçmiş həyat yoldaşına ödəmək barədə prokurorun üzərinə öhdəlik qoyub.

Seyhun Azadəliyevin keçmiş həyat yoldaşı ilə birgə nikahdan 14, 12 və 6 yaşlarında 3 övladları var.

Uşaqlardan biri şahmatçıdır, erkən yaşlardan bu sahədə ciddi uğurları var.

Seyhun Azadəliyev uşaqları ilə istədiyi kimi görüşə bilməməsi, keçmiş həyat yoldaşının buna imkan verməməsindən şikayətlənib.

Keçmiş həyat yoldaşı isə bildirib ki, uşaqlara heç bir təsir göstərməyib, əksinə, ataları ilə bağlı bir çox həqiqəti uşaqlarından gizlətməyə çalışıb. Məqsəd isə uşaqlarda atalarına qarşı mənfi hisslərin yaranmasının qarşısını almaq olub.

Onun sözlərinə görə, Seyhun Azadəliyev övladlarının gözü önündə zorakılıq edirdi. Bəzən şiddət uşaqlardan da yan keçmirdi: “Dəfələrlə sərxoş vəziyyətdə evdə otağın qapılarının şüşələrini sındırıb, səsə uşaqlar oyanıb. Gecə uşaqdan tələb edib ki, üzünü yusun, şahmat oynamağa başlasın. Uşaq istəməyəndə, səhv buraxanda onu şillə ilə vururdu, alçaldırdı. Bəzən şahmat taxtasını oğlumun başına vururdu. Bütün gecəni bu işgəncə davam edirdi. Bunun nəticəsidir ki, oğlumun eşitmə qabiliyyətində problem yarandı. Ayrılandan sonra da müalicələrini davam etdirirəm”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201369